
Ana Муслим Магомаев (Muslim Magomaev)
На этой странице вы найдете полный текст песни "Ana" от Муслим Магомаев (Muslim Magomaev). Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.

Əziz ana, şirin sözlü ana
Qəlbin kövrək, eşqin solmaz bahar
Gülər üzlü, qara gözlü ana
Hara getsəm gözün mənə baxar
Ana qəlbin laylay olar gəzər
Doğma səsin ömrü-günü bəzər
Laylay dedin, anam, laylay dedin mənə
Həyat verdin mənə, əziz ana
Laylan hələ yaşar
Laylan ellər aşar
Günəş kimi yana-yana, ana
Ana, səsin aydın səhər olar
Ana, qəlbin keşik çəkər bizə
Yolum üstə uzaq səfər olar
İşıq olar nurdan düşən gözə
Mənim görən gözümsən sən, ana
Ömrüm-günüm, özümsən sən, ana
Laylay dedin, anam, laylay dedin mənə
Həyat verdin mənə, əziz anam
Laylan hələ yaşar, laylan ellər aşar
Günəş kimi yana-yana, anam
Qəlbin kövrək, eşqin solmaz bahar
Gülər üzlü, qara gözlü ana
Hara getsəm gözün mənə baxar
Ana qəlbin laylay olar gəzər
Doğma səsin ömrü-günü bəzər
Laylay dedin, anam, laylay dedin mənə
Həyat verdin mənə, əziz ana
Laylan hələ yaşar
Laylan ellər aşar
Günəş kimi yana-yana, ana
Ana, səsin aydın səhər olar
Ana, qəlbin keşik çəkər bizə
Yolum üstə uzaq səfər olar
İşıq olar nurdan düşən gözə
Mənim görən gözümsən sən, ana
Ömrüm-günüm, özümsən sən, ana
Laylay dedin, anam, laylay dedin mənə
Həyat verdin mənə, əziz anam
Laylan hələ yaşar, laylan ellər aşar
Günəş kimi yana-yana, anam
Комментарии (0)
Минимальная длина комментария — 50 символов.