
İzim Qalacaq Abbas Bağırov
На этой странице вы найдете полный текст песни "İzim Qalacaq" от Abbas Bağırov. Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.

[Bənd 1]
Məhəbbətimlə, sədaqətimlə
Mətanətimlə, məlahətimlə
Səsim qalacaq, sözüm qalacaq
Ürəklərdə izim qalacaq
Elin dilində, şanlı günlərdə
Xatirələrdə, mavi röyada
Bayatılarda səsim qalacaq
Könüllərdə izim qalacaq
[Keçid]
Şirin avazım, sözlərim, yazım
Nəğməli sazım, şivəli nazım
Göydə, həm yerdə, düyünlü sirdə
Bu ellərdə izim qalacaq
Şirin avazım, sözlərim, yazım
Nəğməli sazım, ay, şivəli nazım
Göydə, həm yerdə, düyünlü sirdə
Bu ellərdə izim qalacaq
[Nəqərat]
Mən sənətkaram, ləli atmaram
Parlayıram dürlü dünyada
Lap uzaqlarda, göy səmalarda
Bu dünyada izim qalacaq
Bu dünyada izim qalacaq
Məhəbbətimlə, sədaqətimlə
Mətanətimlə, məlahətimlə
Səsim qalacaq, sözüm qalacaq
Ürəklərdə izim qalacaq
Elin dilində, şanlı günlərdə
Xatirələrdə, mavi röyada
Bayatılarda səsim qalacaq
Könüllərdə izim qalacaq
[Keçid]
Şirin avazım, sözlərim, yazım
Nəğməli sazım, şivəli nazım
Göydə, həm yerdə, düyünlü sirdə
Bu ellərdə izim qalacaq
Şirin avazım, sözlərim, yazım
Nəğməli sazım, ay, şivəli nazım
Göydə, həm yerdə, düyünlü sirdə
Bu ellərdə izim qalacaq
[Nəqərat]
Mən sənətkaram, ləli atmaram
Parlayıram dürlü dünyada
Lap uzaqlarda, göy səmalarda
Bu dünyada izim qalacaq
Bu dünyada izim qalacaq
Комментарии (0)
Минимальная длина комментария — 50 символов.