[Bənd 1: YAP10]
Bu qədər qadını bədəl verdim
Dodaq dadına bələdəm
Düşür yadıma bədənin
Yuxularda sayıqladım adına qədər
Bəlkə geri dönüb unudasan olanı, keçəni
Qoyaq 1 ilə qədəm
Ölmüş ümidlər də dirilə gələ
Bu saf vərəqə sözü yazır kirli qələm
Qapı döyülür: “Kimdir gələn?”
Sənsən, amma bu dəfə gözündə sirli nəsə
Elə bil aparıb o məni, yazıram indi qəzəl
Baxıram sənə, amma məni niyə boğur kinli əsəb?
İndi bəzən yaxına gəl, dəysin əlim əllərinə
Bunların hamısı yuxudur, bilirəm, əşi nə isə...
Əsl sevgi budurmu?
Bunu da unudun
Əsası paradır, puludur
Sevgi mənə görə o qədər uludur buluda qədər
[Bənd 2: YAP10]
Bu dəfə də oldu səhv sənin
Şəklin elədi məni sərsəri
Səndən yenə də yoxdur səs-səmir
Amma səni sona qədər sevərəm edib səbir
Bu dəfə də hirsdən soymadım
O vaxtlardan da doymadım
Bəlkə evdəkilər də qoymadı?
Amma sənə mənim yaraşırdı soyadım
Bu qədər qadını bədəl verdim
Dodaq dadına bələdəm
Düşür yadıma bədənin
Yuxularda sayıqladım adına qədər
Bəlkə geri dönüb unudasan olanı, keçəni
Qoyaq 1 ilə qədəm
Ölmüş ümidlər də dirilə gələ
Bu saf vərəqə sözü yazır kirli qələm
Qapı döyülür: “Kimdir gələn?”
Sənsən, amma bu dəfə gözündə sirli nəsə
Elə bil aparıb o məni, yazıram indi qəzəl
Baxıram sənə, amma məni niyə boğur kinli əsəb?
İndi bəzən yaxına gəl, dəysin əlim əllərinə
Bunların hamısı yuxudur, bilirəm, əşi nə isə...
Əsl sevgi budurmu?
Bunu da unudun
Əsası paradır, puludur
Sevgi mənə görə o qədər uludur buluda qədər
[Bənd 2: YAP10]
Bu dəfə də oldu səhv sənin
Şəklin elədi məni sərsəri
Səndən yenə də yoxdur səs-səmir
Amma səni sona qədər sevərəm edib səbir
Bu dəfə də hirsdən soymadım
O vaxtlardan da doymadım
Bəlkə evdəkilər də qoymadı?
Amma sənə mənim yaraşırdı soyadım
Comments (0)
The minimum comment length is 50 characters.