0
Ana - Eyyub Yaqubov
0 0
Ana - Eyyub Yaqubov
[Bənd 1]
Ana dedim, ürəyimə yanar odlar saçıldı
Ana dedim, bir ürpəriş hasil oldu canımda
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı
Ana dedim, fəqət onu görməz oldum yanımda
Ana dedim, xəyalıma gəldi ağ saçlarıyla...

[Nəqərat]
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay ana, qurban ollam mən sana
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay ana, qurban ollam mən sana
Ay ana, qurban ollam mən sana...

[Bənd 2]
Ana, ana! Bu kəlmənin vurğunuyam əzəldən
Onu gözəl anlatamaz düşündüyüm satırlar
Ana olmaz bizə hər bir "yavrum" deyən gözəldən
Çünki onun xilqətində ayrıca bir füsun var...

[Nəqərat]
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay ana, qurban ollam mən sana
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay ana, qurban ollam mən sana
Comments (0)
The minimum comment length is 50 characters.
Information
There are no comments yet. You can be the first!
Login Register
Log into your account
And gain new opportunities
Forgot your password?