0
Piyada - F'Rhyme
0 0

Piyada F'Rhyme

Piyada - F'Rhyme
[Bənd 1]
Son 5 ildir ki, davam edən bu yuxusuz rejimdə
Dünən gecə yenə beynimdəki zibilliyi eşirdim
Və belə bir ‘’verse’’ tapdım (salam)
Mən uşaq olan zaman anam 96 ‘’boom-bap’‘
Ritmlər fonunda yelləyib beşiyimi
Və kəlan vaxtdır, varam

"What’s up", dilimdən zəkicə deşifrə olunmuş çeşidli şeirlər
Və bu dünyaya dair daim yuxu qaçırdan nağıllar eşitdin
Sən yatanları oyatma
Bu qaranlığın təsviri heç bir rəssamın tablosunda boyanmaz
Mədəmdən gələn gurultuya bənzər səslər kəsilər, əlbət
Somalidə ən axırıncı ac qaqaşın qarnı doyanda

Reperləri tərəziyə qoyanda heç biri
O deyil, çünki həmən oyam mən
Və nəslimizdə nə qədər doğulmamış uşaq varsa
Sürətlə peydahlanmağı gözləyir ki, hamısı sahib olsun soyadıma
Mən ruhumu satandan, içimdəki o qəfəsdən qurtulub qaçandan
Durdurub zamanı dibə vurduğum
Və ətrafdakı qan iylənən vampirləri duyduğum zamanlar
Məni anormallar anlar, qalanları isə
Bu sətirlərdə susduğumu sananlardır
Qurudub qurduğum xəyalları "button"a basıb
Pəncərədən duyğusuzca izləyirəm
Az adam bilər ki, mən ki, mən azadam, mində birəm
Hətta buynuzumda ulduzum da var
O, Ay tutulduğunda parlar
Eqon başını qudurdub yaman
Comments (0)
The minimum comment length is 50 characters.
Information
There are no comments yet. You can be the first!
Login Register
Log into your account
And gain new opportunities
Forgot your password?