0
Yetdimi - Qaraqan
0 0

Yetdimi Qaraqan

Yetdimi - Qaraqan
Bilmirəm yetdimi yeddi il sükutum millətin cəminə dərs
Dadı şirindi, amma doydurdumu ruhunu barı çayı-çərəz
Cahili toxtadan olarmı arifə bəs? Heç vaxt!
İynəsi bizi olmayan sözlər sırğaya dönməz, tökülər, qalar nə tozu, nə izi

Yeddi il ruh tərk elədi bədəni, xoş oldu qafa dingildədi cism
Millətin kefi saz, amma sazı kef olduğu üçün inildədi içi
Yad daşın irinlərin içir
Özünəibadət məbədində hamı
Azıxdan qalan çənələr bağırdı ağız dolusu
Yeddi il mən idim hamınızın dinləyicisi
Yellədi sizləri Qərb küləkləri
Qərbin tam qəlbində mənim bir türküm belə tərpənmədi
Və satılmadı bəxşişlərə
Yeniləndim, amma dəyişmədim
Miami Downtown, 50-ci mərtəbədə yeganə dərviş mənim

Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam
Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam
Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə
Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam

Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam
Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam
Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə
Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam
Comments (0)
The minimum comment length is 50 characters.
Information
There are no comments yet. You can be the first!
Login Register
Log into your account
And gain new opportunities
Forgot your password?