[Bənd 1]
Bəlkə bir saatdır, bəlkə daha çox
Yoxluğun yol cızır, mən də gedirəm
Qoxun var, izin var, amma özün yox
Çatmışam keçmişə və ləngiyirəm

Ürəyim içimdə əzilən kimi
Sinəmin qapısını döyür, açıram
Yadıma sən seçən yar düşən kimi
Səni də onunla qoyub qaçıram

[Nəqərat]
İndi mən sən olum, sən də ki mən ol
Görək, kim kimin ürəyin daşıya bilər?
Qoy yer göy üzüylə yerin dəyişsin
Görək, kim harada yaşaya bilər?

[Bənd 2]
Hərdən yadıma salanda səni
Xatirələr məni bərk edir
Hər şey qüsursuz olanda belə
İnsan yorulur, tərk edir

Hərdən bu sevgi dərd olur bizə
Doğma şəhərdə mühacirət
Fürsət saydığın hər şey əksimizə
Bəlkə də, bundadır faciə
Comments (0)
The minimum comment length is 50 characters.
Information
There are no comments yet. You can be the first!
Login Register
Log into your account
And gain new opportunities
Forgot your password?