0
Qurban Verərdim - Nadir Qafarzadə
0 0

Qurban Verərdim Nadir Qafarzadə

На этой странице вы найдете полный текст песни "Qurban Verərdim" от Nadir Qafarzadə. Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.
Qurban Verərdim - Nadir Qafarzadə
[Bənd 1]
Mənə bircə kəlmə can söyləsəydin
O bircə kəlmənə min can verərdim
Ömrünü, gününü dərd eyləsəydin
Ömrümü, günümü dərman verərdim
Ömrünü, gününü dərd eyləsəydin
Ömrümü, günümü dərman verərdim

[Bənd 2]
Bezdirdim mən səni sədaqətimlə
Qaldım həsrətinlə, müsibətinlə
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim

[Nəqarət]
O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim

[Bənd 3]
Biz elə ayrıldıq ki, səninlə, ey gül
Bir də ayrılıqdan ayrı düşmərik
Ah, bu son hicranın vüsalı müşkül
Dağ dağa rast gələr, biz görüşmərik
Ah, bu son hicranın vüsalı müşkül
Dağ dağa rast gələr, biz görüşmərik
Комментарии (0)
Минимальная длина комментария — 50 символов.
Информация
Комментариев пока нет. Вы можете быть первым!
Войти Зарегистрироваться
Войдите в свой аккаунт
И получите новые возможности