0
8 Mart - Okaber
0 0

8 Mart Okaber

8 Mart - Okaber
[Bənd 1]
Baharın təravətini gətirən ruzgarın sərinliyi
Amma o hələ uzaqlarda, hələ qışın gərginliyi
Sevginin dərinliyi paranoya, düşünür qoca
Onun sevgisi satdığı güllər kimi
Vəfasız, adi, olduqca mənasız
Solduqca ömrü azalan güllər qalır dünyasız
Lakin qoca nikbin və budur 8 mart
İncə yaranmışların həyatına bir damla sevinc gətirən vaxt
Bu gün çox gül tapır əksini və utanır səbəbsiz
Saatlar əqrəbsiz, qələmlər aciz qalır, mürəkkəbsiz
Dağıdır fikirləri ətrafı bürüyən ətirləri
Şəhərin küləkləri aparır uzaqlara
Pak sevgini, yaşadır nağıllarda
Danışır uşaqlara
Yaşadır arzularda və şirin yuxularda
Görüşənədək, əlvida

Və sevgililəri sevindirən satdığı çiçəklər
Bir döyünən ürəklər üçün yaranan təbii istəklər
Sevinir qoca, ani olaraq qarşısında dayanan
Cavan oğlanın sevincinə şərik olmaq üçün
Gözlərdə təbəssüm yaradaraq, gülüş oyadaraq
Oğlana təqdim etdiyi güllərdə tamam başqa bir maraq
Tamam başqa bir müəmma
Başqa bir təbiət, aləm, yer, göy
Başqa bir səma
Comments (0)
The minimum comment length is 50 characters.
Information
There are no comments yet. You can be the first!
Login Register
Log into your account
And gain new opportunities
Forgot your password?