0
Gəl Bizə, Yar - Elmira Rəhimova
0 0

Gəl Bizə, Yar Elmira Rəhimova

На этой странице вы найдете полный текст песни "Gəl Bizə, Yar" от Elmira Rəhimova. Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.
Gəl Bizə, Yar - Elmira Rəhimova
[Bənd 1]
Ay, su gəlir, arxa nə var?
Ay dolanır, çarxa nə var?
Ay, su gəlir, arxa nə var?
Ay dolanır, çarxa nə var?

Məndən öz yarım küsüb
Ay, bilmirəm, xalxa nə var?

[Nəqərat]
Gəl bizə, gəl bizə, gəl bizə, yar
Qurbanam o qaş-gözə yar

[Muğam]
Sənsiz, ey şux, mənim xoş güzəranım yoxdur
Sənsiz, ey şux, mənim xoş güzəranım yoxdur
Sən ki yoxsan, elə bil, cismidə canım yoxdur
Eşq pərvanəsiyəm, qəm oduna tabım var
Eşq pərvanəsiyəm, qəm oduna tabım var
Xəstə bülbül kimi hər ləhzə fəqanım yoxdur
Bu yaman...
Bu yaman gündə mənim bircə ümidim sənsən
Sənsiz heç bir kəsə aləmdə gümanım yoxdur
Zülfünə...
Zülfünə bağlı olandan bəri Məcnun kimiyəm
Elə sərgəştəyəm, heç yerdə məkanım yoxdur
Vahidəm...
Vahidəm, atəşi-həsrət bürüyüb dövrü bərim
Yanıram...
Yanıram, halıma bir qəlbi yananım yoxdur
Yananım yoxdur, ay
Комментарии (0)
Минимальная длина комментария — 50 символов.
Информация
Комментариев пока нет. Вы можете быть первым!
Войти Зарегистрироваться
Войдите в свой аккаунт
И получите новые возможности