
Zəfərin İmzası Elnarə Xəlilova
На этой странице вы найдете полный текст песни "Zəfərin İmzası" от Elnarə Xəlilova. Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.

[Bənd 1]
Vətənin qəhrəman igidlərindən
Üçrəngli, müzəffər bayrağı aldıq
Biz onun gücündən ilhamlanaraq
Zəfərlər qazanıb qələbə çaldıq
Gücümüz məlumdur bütün dünyaya
Tanındıq hər zaman hünərimizlə
Ən yeni tarixin yazılmağının
İmzasın atmışıq zəfərimizlə
Qalxanda kürsüyə cəngavərlərim
Ucalır bayrağım, səslənir himnim
İftixar hissinə bürünürəm mən
Vətənin eşqi ilə döyünür qəlbim
Sevin, ey millətim, ey ulu xalqım
İsmimiz öndədir ər meydanında
İgid oğulların çempion oldu
Axır qəhrəmanlıq damarlarında
Əzmlə döyüşür çıxanda cəngə
Cəsur xalqımızın pəhləvanları
Qalib zirvəsində əsgər salamın
Verərək yad edir qəhrəmanları
Vətənin qəhrəman igidlərindən
Üçrəngli, müzəffər bayrağı aldıq
Biz onun gücündən ilhamlanaraq
Zəfərlər qazanıb qələbə çaldıq
Gücümüz məlumdur bütün dünyaya
Tanındıq hər zaman hünərimizlə
Ən yeni tarixin yazılmağının
İmzasın atmışıq zəfərimizlə
Qalxanda kürsüyə cəngavərlərim
Ucalır bayrağım, səslənir himnim
İftixar hissinə bürünürəm mən
Vətənin eşqi ilə döyünür qəlbim
Sevin, ey millətim, ey ulu xalqım
İsmimiz öndədir ər meydanında
İgid oğulların çempion oldu
Axır qəhrəmanlıq damarlarında
Əzmlə döyüşür çıxanda cəngə
Cəsur xalqımızın pəhləvanları
Qalib zirvəsində əsgər salamın
Verərək yad edir qəhrəmanları
Комментарии (0)
Минимальная длина комментария — 50 символов.