
Yalvarma, Sevgilim Hikmət Aslanov
На этой странице вы найдете полный текст песни "Yalvarma, Sevgilim" от Hikmət Aslanov. Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.

[Bənd 1]
Yalvarma, sevgilim, yalvarma mənə
Bir də görüşünə gələn deyiləm
Bilmədən aldandım şirin dilinə
Daha o üzünə gülən deyiləm
Bir də o üzünə gülən deyiləm
[Nəqərat]
Nə üçün eşqimiz toxundu daşa?
Axı sən mənimlə gəzirdin qoşa
Nə üçün eşqimiz toxundu daşa?
Axı sən mənimlə gəzirdin qoşa
Təzədən səninlə verib baş-başa
O ötən günlərə dönən deyiləm
Təzədən səninlə verib baş-başa
O ötən günlərə dönən deyiləm
Bir də o üzünə gülən deyiləm
[Bənd 2]
Qırmısan qəlbimi sən bilə-bilə
Daha yalvarsan da, gəlmərəm dilə
Tökmə göz yaşını sən gilə-gilə
Daha göz yaşını silən deyiləm
Bir də göz yaşını silən deyiləm
Комментарии (0)
Минимальная длина комментария — 50 символов.