Mənim Şəhərim Orkhan Zeynalli
На этой странице вы найдете полный текст песни "Mənim Şəhərim" от Orkhan Zeynalli. Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.

[Bənd 1]
Bu şəhər mənə doğmadır
Mən ona özgə sayılsam da son illərdə
Bir neçə ildir artıq, sıxılmaq tərk etmir
Artıq doğmalar da şəhərə sevgini bərkitmir
Bəlkə də, bu şəhərdə qırılmış qəlbdir səbəb
Bəlkə də, hər kəsin içindəki dərddir səbəb
Hamıda keçmiş günlərdən var bir nəfər
Unutmaq istəyib unuda bilmədiyi bir nəfər
Görəsən, neçə ürək gəzir məndən incimiş?
Görəsən, neçə ürəkdən sevgim incimiş?
İndi çox az adama sevgidən söz təsir edir
İndi gülüş ancaq 2 nöqtə, 1 mötərizədir
İndi o duyğular ancaq payızda gəlib gedir
İnsanlıq uzaq qohumtək arada gəlib gedir
Məndən salam de tanımadığım yerlərə
Denən ki, bu şəhər hamını bir-bir atıb gedir
Hər dəfə qayıdanda evə qəmli musiqilər
Ən xoş günlərdə belə nəsə çatmır yenə
Ya artıq yaddır şəhər, doğma hisslərdən uzaq
Ya da sadəcə payız məni qəmləndirib yenə

Комментарии (0)
Минимальная длина комментария — 50 символов.