0
Qocalmısan - Okaber (Ft. Qara Dərviş)
0 0

Qocalmısan Okaber (Ft. Qara Dərviş)

На этой странице вы найдете полный текст песни "Qocalmısan" от Okaber (Ft. Qara Dərviş). Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.
Qocalmısan - Okaber (Ft. Qara Dərviş)
[Nəqarət: Qara Dərviş]
Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim
Sən ki, gənc qalmışdın yaddaşımda 17 yaşında
Mən qocalırdım, sən isə cavan idin xəyalımda
Uzun telli, ağ bədənli, incə belli
Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim
Sən ki, gənc qalmışdın yaddaşımda 17 yaşında
Mən qocalırdım, sən isə cavan idin xəyalımda
Uzun telli, ağ bədənli, incə belli
Soyuyub sən demə əllərin
Sən demə qocalıbmışsan sən də
Şəhvətə gətirmir daha gözlərin
Qocalmısan, gözəlim
Soyuyub sən demə əllərin
Sən demə qocalıbmışsan sən də
Şəhvətə gətirmir daha gözlərin
Qocalmısan, gözəlim, qocalmısan

[1-ci hissə: Okaber]
Yaralardan axan qanını saxlamır məhrəba
Çox zəhərlidir nə süd, nə kəhrəba
Boz səhrada şeytanı yəhərləmək
İnsanı zəhərləmək kimi idi sənsizlik
Tozlu akvarel, quaş, Rembrandt
Bir növ xrizantem, rododendron
Xatirələrə qərənfillər əkərdin
Hündürlükdən qorxmasaydın, çox çəkərdin
Mənə deməmişdin, amma yaz bunu
Sən əvvəllər “yaz yağmuru”
Ölməyə tələsirdin, amma yubandın
Sular bulandığı gün ürək də bulandı
Sən axı bütün arzuları devirdin
Sən axı tək yatmağı sevirdin
Heç kəsə demirdin dərin dərdlərini
Gizlətdin yatağı cırmaqlayan əllərini
Qırmızı dodaq, qırmızı filtr, tüstülər
Bədən soyuqdan dona bilərmiş istidə
Tənhalıq, depressiya, vahimə, soyuq tər
Xatirələr, köhnə məktublar, bəd xəbər
Alkoqol, narkotik, lirika, preparatlar
Radioda “Vals Boston“, qarışıq həyatlar
Qarışıq saçlar, geyim, qarışıq işlərin
Və pritona ayaq basan növbəti müştərin
Süni gülüşlərin, qısa öpüşlərin
Sənə pul qazandıran saatla görüşlərin
Hər gün görürəm səni nə qədər alçalmısan
Qırışıb əllərin, sən demə, qocalmısan!
(Mən dəhşətə gəlmişəm)
Комментарии (0)
Минимальная длина комментария — 50 символов.
Информация
Комментариев пока нет. Вы можете быть первым!
Войти Зарегистрироваться
Войдите в свой аккаунт
И получите новые возможности