Bu Yaş Nədir Nadir Qafarzadə
На этой странице вы найдете полный текст песни "Bu Yaş Nədir" от Nadir Qafarzadə. Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.

[Bənd 1]
Sənin yaşın gəlib, gedər mənimlə tən bərabər
Günlərimiz rəngbərəngdir həyatıntək, ömrün qədər

Şirin sözlər az demişəm, qış olanda yaz demişəm
Gözlərimdə naz demişəm həyatıntək, ömrün qədər

Həyatıntək, ömrün qədər
[Nəqərat]
Bu yaş nədir, salnaməyə saldığımız?
Ötüb-keçən illərdirmi?
Bu yaş nədir, bir-birini əvəzləyən?
Eniş-yoxuş qədərdirmi?
Bizi sıxan, əzizləyən sevincdirmi, kədərdirmi?
Qucaq-qucaq aldığımız çiçəklərmi, güllərdirmi?

Qucaq-qucaq aldığımız çiçəklərdir, güllərdirmi?
Çiçəklərdir, güllərdirmi?
[Bənd 2]
Yaşa nə var, gəlib, gedər
Halal zəhmət itməz hədər
Tale bizi məmnun edər həyatıntək, ömrün qədər

Комментарии (0)
Минимальная длина комментария — 50 символов.