İllər Sonra Orkhan Zeynalli (Ft. Ayni Khalid)
На этой странице вы найдете полный текст песни "İllər Sonra" от Orkhan Zeynalli (Ft. Ayni Khalid). Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.

[Bənd 1]
Səni başqa sahildə görmək ürəyimi incitdi illər sonra
Xoşbəxtliyin iki şəkli - biri dağ idi, biri yol
Nağıl kimiydi evimizə qayıtmaq illər sonra
Nağılı açdım ki, valideynimin biri var idi, biri yox
Getmək-gəlmək, qalmaq beyində əbədi dilemma
Son dəfə qərar verirsən, çıxır yenə də bir əmma
Xeyir dəftərində istədim şəhərə qayıb qoymaq
Mən sadəcə istədim hansısa şəhərə aid olmaq
İllər keçir, böyüyür bədən, artır rəqəm, ürəksə
Sanki daha çox sevgi tuturdu balaca vaxtı
Evim dəniz, illər Günəş, dəniz sahilinə isə
Ürəyimə çəkdiyi dağdan atam çay olub yarıcan axdı
Nə qədər varıqsa, var bizlə bir yaşayanlar
Pillə-pillə tərtib edəcək yaddaşı anlar
Nə qədər varam, musiqinin dəyişən axışı olacaq
Gedəndə anam mesaj yazdı “hər şey yaxşı olacaq”
[Nəqərat]
Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra

Комментарии (0)
Минимальная длина комментария — 50 символов.