[Bənd 1]
İstərəm, həqiqətdən kənar olsa da
Ətrafımda zaman dayana
İstərəm, qəfil yuxu aparan zaman
İsti qollarında oyanam
Saçlarını oxşasın əllərim
Gözlərim gözünə boyana
Haradasan, sevdiyim? Gəl
Arzularım məni sevgimin qanadında
Onun yanına apara
Kaş elə bir möcüzə ola ki
Məni həsrətin əlindən qopara
Qanadsız bir quş kimi vurnuxuram
Mən gah ora, gah da bura
Haradasan, bir dənəm? Gəl
[Nəqərat]
Amma ki nə mən o mən deyiləm
Nə də ki sən o sən
Sanma ki, heç sevmədik bir-birimizi
Sevdik yalnız ikimizi
Mən o mən deyiləm
Nə də ki sən o sən
Sanma ki, heç sevmədik bir-birimizi
Sevdik yalnız ikimizi
İstərəm, həqiqətdən kənar olsa da
Ətrafımda zaman dayana
İstərəm, qəfil yuxu aparan zaman
İsti qollarında oyanam
Saçlarını oxşasın əllərim
Gözlərim gözünə boyana
Haradasan, sevdiyim? Gəl
Arzularım məni sevgimin qanadında
Onun yanına apara
Kaş elə bir möcüzə ola ki
Məni həsrətin əlindən qopara
Qanadsız bir quş kimi vurnuxuram
Mən gah ora, gah da bura
Haradasan, bir dənəm? Gəl
[Nəqərat]
Amma ki nə mən o mən deyiləm
Nə də ki sən o sən
Sanma ki, heç sevmədik bir-birimizi
Sevdik yalnız ikimizi
Mən o mən deyiləm
Nə də ki sən o sən
Sanma ki, heç sevmədik bir-birimizi
Sevdik yalnız ikimizi
Comments (0)
The minimum comment length is 50 characters.