0
Sevirəm Səni - Faiq Ağayev
0 0

Sevirəm Səni Faiq Ağayev

Sevirəm Səni - Faiq Ağayev
[Bənd 1]
Talehim bir oyuncaq olmuş kiminsə əlində
Hər kəsin bir səhvi olur, günahım var mənim də
Səni zamanından daha gec tapdım qismətimdə
Acılar burada bitdi

Qarşılaşdıq bu həyatda adi günün birində
Sevgi ümidini tapmışam sənin gözlərində
Ömür boyu çəkdiyim əzabların əvəzində
Tanrı bu qisməti verdi

[Keçid]
Hər gün, hər an izləyəcəm
Bəd nəzərdən gizləyəcəm
Mənim olacağın günü
Ümid ilə gözləyəcəm
Mənimsən, yalnız mənimsən

Bunu bilirəm
Hər anını izləyəcəm
Qəm kədərdən gizləyəcəm
Qismətimsən, səni heç kəsə
Verən deyiləm

[Nəqərat]
Olsun, hamıya bəlli olsun
Sevirəm səni
Günahsız dəli aşiqlər kimi
Qalsın, geridə qalsın kədər
Duyub sirrimi
Hər kəs dinləsin sevən qəlbimi
Səni sevirəm, sevirəm səni!
Comments (0)
The minimum comment length is 50 characters.
Information
There are no comments yet. You can be the first!
Login Register
Log into your account
And gain new opportunities
Forgot your password?