0
Gəl Gedək (Live) - Orkhan Zeynalli
0 0

Gəl Gedək (Live) Orkhan Zeynalli

На этой странице вы найдете полный текст песни "Gəl Gedək (Live)" от Orkhan Zeynalli. Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.
Gəl Gedək (Live) - Orkhan Zeynalli
[Bənd 1]
Gəl gedək, ulduzlar rəqs edər bizimçün orada
Gəl gedək ayaqyalın mavi dəniz sahilində
Gəl gedək, orada insanlar yoxdur, deməli, yoxdur dərd
Gəl gedək, əlimdən bərk yapış, gəl gedək

Gəl gedək, orada çiçəklər və göyərçinlər
Gəl gedək, sərin sulu bulaq, yaşıl çəmənliklər
Gəl gedək, at bu qaranlıq şəhəri bir dəfəlik
Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək

Gəl gedək, əbədi yaz küləkləriylə bizə qonaq gələr
Günəş saçar, saçaqlarıyla saçlarını darar, hörər
Bəyaz atlar isti qumlarda gəzdirər bizi
Sonsuz meşə öz içində azdırar bizi

Gözləyər bizi sərin kölgəsiylə uca çinar
Gəl gedək, meyvə bağlarında, ağaclarda bar
Gəl gedək, orada qayalarda ceyranlar qaçır
Hava təmiz, hər tərəf işıq, səma açıq

Gəl gedək, orada yoxdur yorulmaq və ağrımaq
İstəsən də, bacarmazsan orada ağlamaq
Gəl gedək, buludlar töksün hərdən şirin yağış
Sanki rəssam əliylə çəkilib orada hər qarış
Комментарии (0)
Минимальная длина комментария — 50 символов.
Информация
Комментариев пока нет. Вы можете быть первым!
Войти Зарегистрироваться
Войдите в свой аккаунт
И получите новые возможности