0
Spaethe - Okaber
0 0

Spaethe Okaber

On this page, discover the full lyrics of the song "Spaethe" by Okaber. Lyrxo.com offers the most comprehensive and accurate lyrics, helping you connect with the music you love on a deeper level. Ideal for dedicated fans and anyone who appreciates quality music.
Spaethe - Okaber
[Bənd]
Bu drama qan və qumdur
“Spaethe” - sonuncu sonata, son məktubumdur
Tərk edilmək, atılmış evlərdə qalmaq
Sanki danmaq, sənsizlik od, zəbundur
Ən ağır mənzərədir
Ölən müridlər, partlayan mədrəsədir
Zəkat, xüms oğurlanan sədəqədir
Sənsizlik pərt olmaq və məsxərədir
''Ölmə'' deyən olmur, qapını döy gələndə
Günəş Ay kimi görünür yerə göy gələndə
Ağrı göynədəndə ürəyin istifadə tarixi bitir
Sənsizlik yıxılmaqdır göydələndən
Səbəbsiz təbəssümlə səni elə təsvir edim ki
Ağlın çaşsın tərənnümdən
Pozdum sən gedən gündən gəlişini
Yazırdım, sən gələn gündən bu günə kimi idi axı sənsizlik
İnsan olmaqdır - günahda boğulmaqçün
Mələk olmaqdır - sirləri gizlətməkçün
Şeytan olmaqdır - cənnətdən qovulmaqçün
Şair olmaqdır - dünyanı sənə bənzətməkçün
Comments (0)
The minimum comment length is 50 characters.
Information
There are no comments yet. You can be the first!
Login Register
Log into your account
And gain new opportunities
Forgot your password?