[Bənd 1: Xayyam Nisanov]
Sevgi aləminə düşəndən bəri
Unutdum mən qəmli ötən günləri
Ən xoş anlarımı yaşayıram mən
Çünki yanımdadır sevdiyim pəri

[Zülfiyyə Xanbabayeva]
Hər sözü qəlbimdən gələn bir səsdir
Gülüşü, duruşu mənə həvəsdir
Axı mən onu necə sevməyim?!
Ən gözəldir mənim istəyim

[Nəqərat: Zülfiyyə Xanbabayeva, Xayyam Nisanov]
Bir gülüşü mənə həyat bəxş edir
Bilmirəm qəm nədir, göz yaşı nədir?
İkilikdə sanki bizimdir həyat
Mən onu sevirəm, o, məni sevir

Bir gülüşü mənə həyat bəxş edir
Bilmirəm qəm nədir, göz yaşı nədir?
İkilikdə sanki bizimdir həyat
Mən onu sevirəm, o, məni sevir

[Bənd 2: Zülfiyyə Xanbabayeva]
Sevgi aləminə düşəndən bəri
Unutdum mən qəmli ötən günləri
Ən xoş anlarımı yaşayıram mən
Əvəzsizdir sevgi hissləri
Comments (0)
The minimum comment length is 50 characters.
Information
There are no comments yet. You can be the first!
Login Register
Log into your account
And gain new opportunities
Forgot your password?