[Bənd 1]
Həyətimizdə soyuq hava
Günəş düşür, amma ki pəncərədə soyuq adam
Gözlərim çəkirdi yol, ruhum tərki-bədən, qəm
Həmişə kimisə gözlər, nə vaxtsa tərk edilənlər
Yaralarım çətinləşdirir yolu
Gedirəm bir yuxarı, yüz aşağı, var səbəbi pis uşağın
Soyuq əllər, daha soyuq ürəkli qız uşağı
Qar adamlarının böyütmək istəmədiyi buz uşağı
Fəsillər oynadıqca yeni günə nifrət etmək
Səhərlər oyandıqca yanımda dərd var idi
Dərs, bir də ibrət var idi, sən yox idin
Adımı da sevə bilmədim heç cür onu sən qoymadıqca
Ad günümdə boş açıqca bəs edərdi, sevgini əşya sandım
Gündəlik sevinc vermirdi kimsə gündəliyimə beş yazanda
Bu gün artıq şaxta baxışlardır öz vədim
Amma ki məktəbin həyətində yolunu çox gözlədim
[Nəqərat]
Qaç, yenə gizlən
Görməsin gözlərin yaş
Yenə gözdən
Axmasın, istədim
Mahnılarda, nağıllarda
Orada varam, ağrılarda
Səhv yenə bizdə

Comments (0)
The minimum comment length is 50 characters.