[Bənd 1]
Bəs mən indi neyləyim?
Səni son ümid bilirdim
Bəs mən indi neyləyim?
“Heç ayrılmarıq” deyirdin
Biçarə sorağındayam
Uçurum qırağındayam mən
Bəs mən indi neyləyim?
Nələr-nələr söz verirdin
Bəs mən indi neyləyim?
“Sevirəm səni” deyirdin
Dərd karvanlı köç olmuşam
Aldanmışam, heç olmuşam mən
[Nəqərat]
Getdin, gedişin sonsuz oldu
Sən gedəli zaman durdu
O gün, bu gün, yaşadığım
Hər anımın heç mənası yox
Güldün, gülüşün saxta imiş
Hər baxışın yalan demiş
Mənim bu çarəsiz günümdə
Təkcə sənin günahın çox
Bəs mən indi neyləyim?
Səni son ümid bilirdim
Bəs mən indi neyləyim?
“Heç ayrılmarıq” deyirdin
Biçarə sorağındayam
Uçurum qırağındayam mən
Bəs mən indi neyləyim?
Nələr-nələr söz verirdin
Bəs mən indi neyləyim?
“Sevirəm səni” deyirdin
Dərd karvanlı köç olmuşam
Aldanmışam, heç olmuşam mən
[Nəqərat]
Getdin, gedişin sonsuz oldu
Sən gedəli zaman durdu
O gün, bu gün, yaşadığım
Hər anımın heç mənası yox
Güldün, gülüşün saxta imiş
Hər baxışın yalan demiş
Mənim bu çarəsiz günümdə
Təkcə sənin günahın çox
Comments (0)
The minimum comment length is 50 characters.