0
Satılmış Səhnələr - Orkhan Zeynalli (Ft. Tomris)
0 0

Satılmış Səhnələr Orkhan Zeynalli (Ft. Tomris)

Satılmış Səhnələr - Orkhan Zeynalli (Ft. Tomris)
[Bənd 1: Orkhan Zeynalli]
Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir
Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir
Nə qədər olar həssas damarlardan asılı qalmaq?!
Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?!

Nə qədər olar həyatdan danışmaq, sən ölmüsənsə?!
Səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə
Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq
Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?!

Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq
İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq
Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı
Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq

Yalan dediklərinin qabağında, bacarsan, düz dur
Həyat verir, alır, elədiklərin qayıdır - bu düstur
Səhnələr satılıb artıq, qələmə, kağıza yox ehtiyac
Artıq hisslər də mahnılardan çoxdan edib merac

[Nəqərat: Tomris]
Dəyişdikcə illərlə bütün sevgilər də
Qalır duyğularımız sözlərdə
Danışdıqca hisslərlə susursa gözlər də
Qalır mahnılar ancaq dillərdə
Comments (0)
The minimum comment length is 50 characters.
Information
There are no comments yet. You can be the first!
Login Register
Log into your account
And gain new opportunities
Forgot your password?