[Bənd 1]
16-cı mərtəbədən baxırsan saraya
Mən isə sənin gözlərində görürəm saraylar
Ərköyün şahzadə, fikir vermirsən haraya
Məni bu hisslər, görən, sonda aparacaq haraya?
Deyirlər, sevgi səhər dumanı kimidir, sıx və tez itən
Mən də çıxacam bir gün cümləndəki mötərizədən
Sahildəsənsə, dəniz artıq maraqsızdır
Cənnətdəsənsə, mənə həyat maraqsızdır
O güllər solacaq, atılacaq
Xoş sözlər bir gün unudulacaq
Gecə gələcək, yenə Günəş yatacaq
Amma ki nəğmələr qalacaq əbədi yaddaşda
Sözlər deyilib artıq, mənə susmaq qalır
Əlindən tutsam belə, ürəyin uzaq qalır
Ağlında mən olum, qoy yadında mən qalım qoy
Çılğın notlarla saf ürəyini mən alım qoy
[Nəqərat]
Yenə təxirə salınır səfərlər
Yeni doğmalar köhnə şəhərdə
Yenə qələmim yaradır dənizlər
Buruq saçına burulanda sətirlər

Comments (0)
The minimum comment length is 50 characters.