[Bənd 1]
Həzin bulaq kimi
Sönməz çıraq kimi
Sevgim gələr dilə, yar
Hicran gəlib, getməz
Coşan könlüm dinməz
Bunu heç kim bilməz, yar
Sənsiz yanar ürək
Susar arzu, dilək
Dönər solğun gülə, yar
[Nəqərat]
Harda qaldın, harda?
Gözüm intizarda
Qayıt, baharım, tez gəl
Sevimli, gül yarım
Şirin arzularım
Yolunu gözlərəm, gəl
[Bənd 2]
Ömrümün qisməti
Sevgimin həsrəti
Dilimin əzbəri, gəl
Həzin bulaq kimi
Sönməz çıraq kimi
Sevgim gələr dilə, yar
Hicran gəlib, getməz
Coşan könlüm dinməz
Bunu heç kim bilməz, yar
Sənsiz yanar ürək
Susar arzu, dilək
Dönər solğun gülə, yar
[Nəqərat]
Harda qaldın, harda?
Gözüm intizarda
Qayıt, baharım, tez gəl
Sevimli, gül yarım
Şirin arzularım
Yolunu gözlərəm, gəl
[Bənd 2]
Ömrümün qisməti
Sevgimin həsrəti
Dilimin əzbəri, gəl
Comments (0)
The minimum comment length is 50 characters.