0
Dərələr - Şövkət Ələkbərova
0 0

Dərələr Şövkət Ələkbərova

На этой странице вы найдете полный текст песни "Dərələr" от Şövkət Ələkbərova. Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.
Dərələr - Şövkət Ələkbərova
[Bənd 1]
Çinarlar qatar-qatar
Qalxıb zirvəyə çatar
Dağa qısılıb yatar
Mışıl-mışıl dərələr
Dərələr, dərələr, dərələr
Yaşıl-yaşıl dərələr

[Bənd 2]
Sizlərə vurğunam mən
Bəzəyiniz şəfəqdən
Günəş çıxar üfüqdən
Ovuc-ovuc zər ələr
Dərələr, dərələr, dərələr
Ovuc-ovuc zər ələr

[Keçid]
Quş kimi üstünüzdən qanad çalım, dərələr
Şamlıqda bir axşamlıq qonaq qalım, dərələr
Dərələr, dərələr, dərələr
Qonaq qalım, dərələr
Dərələr, dərələr, dərələr
Qonaq qalım, dərələr, yar

[Muğam]
Əgər ki, əgər ki, yıxılsam, çinar göstərin
Mən ona söykənib arana baxım
Gözlərim görməsə, Göygölü verin
Mən onun gözü ilə cahana baxım
Hər yerdə, həmişə sənsən gümanım
Canım-gözüm, mənim Azərbaycanım
Комментарии (0)
Минимальная длина комментария — 50 символов.
Информация
Комментариев пока нет. Вы можете быть первым!
Войти Зарегистрироваться
Войдите в свой аккаунт
И получите новые возможности