0
#NəvarNəyox - Orkhan Zeynalli
0 0

#NəvarNəyox Orkhan Zeynalli

#NəvarNəyox - Orkhan Zeynalli
[Bənd 1]
Var “track”, başlayır, hansı ki, nəqarətsiz
Var söz, bir az düz, amma cəsarətsiz
Var xalqa müraciət, sanki ədəbiyyatdır
Var xalq, hansı ki, dinlədikcə əbədi yatdı

Var ölkə, hansı ki, tikilir, sökülür turistlərçün
Var sevgi, hansı ki, küçədə yemdir polislərçün
Var qələm, var vərəq və var tükənməz hisslər
Var dinləyici, hansı ki, sevdiyindən ölməyini istər

Var səma, var Günəş, hansı ki, qovur ulduzları
Var vəhşi ata-ana, hansı ki, doğur quduzları
Var şəhər, bir-iki damla bal və qalanı zəhər
Var cəmiyyət, hansı, qəhrəmandan çox yalanı sevər

Var bezmək, var dözmək, çoxluqda itib getmək
Var tərk edib getmək, var tüpürüb getmək
Var intihar etmək sevgi cavabsız qalanda
Var cəhənnəmdə yanmaq günahsız olanda

Var pul, var şöhrət, var əmr və qul
Varsa sədaqətin, evin yananda yerində dur
Var insan, səhv etdikcə sevir səhv edənləri
Var Allah, dərd verir və sevir səbr edənləri
Comments (0)
The minimum comment length is 50 characters.
Information
There are no comments yet. You can be the first!
Login Register
Log into your account
And gain new opportunities
Forgot your password?