0
Rhyme Sayıqlayıram - F'Rhyme (Ft. A.T Xtkr)
0 0

Rhyme Sayıqlayıram F'Rhyme (Ft. A.T Xtkr)

Rhyme Sayıqlayıram - F'Rhyme (Ft. A.T Xtkr)
[1-ci hissə: F’Rhyme]
Mən əqrəblər artdıqca qan qusmağa məhkum tısbağa
Yenə dar qutu evimdə, tabutum belimdə
Sinəmdəki həşərat quduz olaraq yaxamı sıyırar
Durumumuz yetinmək ucuz olanın bahalısıyla
Nə yuxarıda, nə dibdəyəm ruhumla beef-də
Dəxlisiz bir mifdəyəm, ürəyimin BPM-i vurur rədifdə yəni
Mən nəzakətən dartıb nəfəsi yaşayıram
Bədənimdə qlobal istiləşmə
Beynimsə mexanik orqanizm kimi otomatik lokomotiv
Çarxdır, gedir daimi, yaxamı buraxmır
Dünyam crack yüklənib, elə bil kimsə xarab eləyibdir datanı
Daha tamı yox heç nəyin
Dünyam crack yüklənib, elə bil kimsə xarab eləyibdir datanı
Daha tamı yox heç nəyin
Gecələr rhyme sayıqlayıram, ay qa!
Gecələr rhyme sayıqlayıram, ay qa!
Hələ bu nə ki, cənab həkim?
Mən sizin eşitdiyiniz səsləri rəsmən görürəm
Aktiv ocaqlarım bütün sistemi yandırıb
Bir neyron yox yaşayan
Bir mən varam, bir də poçtalyon var
Paranoyalarımı ürəyimdən başıma daşıyan
Hələ bu nə ki, cənab həkim?
Mən sizin eşitdiyiniz səsləri rəsmən görürəm
Aktiv ocaqlarım bütün sistemi yandırıb
Bir neyron yox yaşayan
Bir mən varam, bir də poçtalyon var
Paranoyalarımı ürəyimdən başıma daşıyan
Comments (0)
The minimum comment length is 50 characters.
Information
There are no comments yet. You can be the first!
Login Register
Log into your account
And gain new opportunities
Forgot your password?